İnsanlara hürriyət, millətlərə istiqlal!

“Joxovurd”: “Paşinyanın hesabatında hökumətin fəaliyyəti ilə bağlı şişirdilmiş məlumatlar var”


Ermənistan hökumətinin fəaliyyət hesabatında əslində, 2022-ci ilə aid olmayan məlumatlar göstərilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

“Hesabatda Patrul Polisinin Şirak, Lori, Tavuş, Qeqarkunik, Kotayk, Araqatsotn bölgələrində xidmətə başladığı xüsusilə qeyd olunub. Armavir, Ararat, Vayots Dzor və Sünik vilayətlərində Patrul Polisinin yaradılmasına hazırlıq getdiyi ayrıca bildirilir. Bununla belə, gələn informasiyalara əsasən, adı çəkilən altı bölgədən 2022-ci ildə patrul xidməti yalnız Şirak və Lori bölgələrində fəaliyyət göstərib. Tavuş, Qeqarkunik, Kotayk və Araqatsotn bölgələrində isə patrul 2023-cü ilin yanvarında fəaliyyətə başlayıb.

Bundan başqa, Ermənistan-Türkiyə münasibətlərinə dair bölmənin böyük hissəsi 2023-cü ildə baş verən proseslərə həsr olunub. Hökumətin 2022-ci il üçün nəzərdə tutulan, 83 səhifəlik hesabatında 2023-cü ilə aid olan hadisələr 90 dəfədən çox qeyd edilib”, - deyə xəbərdə bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR