Onlayn ictimai-siyasi qəzet
“Bu günlərdə Ermənistan hökumətində gərgin vəziyyət hökm sürür”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
“Fakt budur ki, ilin sonunda bütün nazirliklər builki fəaliyyətlərinə yekun vurmalı, Nikol Paşinyan isə növbə ilə nazirliklərə baş çəkərək onlardan hesabat tələb etməlidir.
İcra hakimiyyətindəki mənbələrimizin bildirdiyinə görə, nazirlər bundan narahatdırlar və vəzifələri ilə birdən-birə vidalaşmamaq üçün vurnuxurlar”, -deyə “Joxovurd” yazıb.
Qeyd edək ki, erməni mediasında 2024-cü ildə yeni parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər artıq dolaşmağa başlayıb.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ