İnsanlara hürriyət, millətlərə istiqlal!

Jirinovskinin nikahdankənar və davakar oğlu - O, atasının sərvətinə iddia edir

RLDP-nin qurucusu Vladimir Jirinovskinin nikahdankənar oğlu Oleq Eydelşteyn məhkəməyə müraciət edərək Jirinovskinin oğlu və onun varisi olması faktının rəsmən tanınmasını tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası Moskvanın Nikulinski rayon məhkəməsinə istinadən məlumat yayıb.

Bildiirlir ki, Eydelşteyn siyasətçinin miras hüququndan istifadə etmək üçün atalıq faktını müəyyən etmək istəyir. İddia avqustun 2-də qaldırılıb, lakin ona baxılma tarixi hələ müəyyən edilməyib. İclasa hakim Yuliya Qolyanina sədrlik edəcək.

Dövlət Dumasının saytında verilən məlumata görə, 2018-ci il üçün verilən bəyannamədə Jirinovski 6,7 milyon rubldan çox gəlirə, o cümlədən mənzilə, səkkiz yaşayış binasına, iki torpaq sahəsinə, iki qaraja, bir yardımçı tikiliyə, bir hovuz və anbara malik olduğunu bəyan edib. Daha iki torpaq sahəsi və bir mənzil Jirinovskinin pulsuz istifadəsində olub.

2019-cu ilin bəyannaməsinə əsasən, Jirinovskinin gəliri 22,4 milyon rublu keçib, onun əmlakından avtomobil və ev, həmçinin təmənnasız istifadədə saxlanılan mənzil qalıb. Jirinovskinin 2020-ci il üçün bəyan etdiyi gəlir 2019-cu ildəki gəlirindən 16,5 milyon rubl çox olub.

Jirinovski sağlığında Oleqin onun nikahdankənar oğlu olduğunu açıq şəkildə etiraf edib.

Eydelşteyn 1986-cı ildə anadan olub. Onun anası Janna Qazdarova heç vaxt Vladimir Volfoviçlə evlənməyib. Oleq doğulanda Eydelşteyn soyadını daşıyıb. O, 2003-cü ildə Moskva Dövlət Açıq Universitetini, 2006-cı ildə isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

Jirinovskinin oğlu davalara görə dəfələrlə qalmaqalların iştirakçısına çevrilib. 2021-ci ildə Eydelşteyn Vnukovo hava limanında Şimali Osetiyanın keçmiş rəhbəri Vyaçeslav Bitarovun oğlu Zəlimxanla dalaşıb. Versiyalardan birinə görə, hadisə təhqir zəminində baş verib.

2023-cü il fevralın 14-də Eydelşteyn paytaxt restoranlarından birində dava salıb. Müəssisə əməkdaşları polisə zəng etməyə məcbur olublar, nəticədə polis həmin şəxsi saxlayaraq şöbəyə aparıb, o, təhlükəsizlik qüvvələrini təhqir etməyə başlayıb və onlardan birinə yumruqla zərbə endirib. Zərərçəkmiş həkimə müraciət etməli olub. Eydelşteynin özü məhkəmədə polisi döyməsi faktını boynuna almayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR