Onlayn ictimai-siyasi qəzet
İranın İsrail ərazisinə kütləvi hava hücumu fonunda Rusiya nediası növbəti dəfə LDPR-nin mərhum lideri Vladimir Jirinovskinin çoxdankı bəyanatından sitat gətirib.
Musavat.com xəbər verir ki, Jirinovski uzun illər öncə 2024-cü ildə Yaxın Şərqdə gözlənilən mümkün qarşıdurma ilə bağlı bəyan edib ki, İsrail hücuma məruz qalacaq və buna cavab olaraq “nüvə silahından istifadə edəcək”. Həmçinin, Rusiya Dövlət Dumasının veteranı 2024-cü ildə Yaxın Şərqdə “belə hadisələrin III dünya müharibəsinə gətirib çıxaracağını deyib.
Qeyd edək ki, vaxtaşırı dövlətlərin gələcəyinə dair isterik bəyanatlarla çıxış edən Jirinovskinin regionda toxunmadığı ölkə qalmırdı və həddən çox proqnoz verirdi. Onun əvvəlki onillikdə bir çox “proqnoz”larının gerçəkləşməsi isə faktdır. Məsələn, o, 2012-ci ildə o, Ukraynada inqilab olacağını bəyan etmiş, demişdi ki, prezident Viktor Yanukoviç “özünü kimə ən yüksək qiymətə satacağını bilmir”.
21-ci əsrin əvvəlində siyasətçi əminliklə demişdi ki, tezliklə qaradərili bir adam ABŞ prezidenti olacaq.
Jirinovskinin tənqidçiləri dəfələrlə qeyd ediblər ki, Jirinovskinin proqnozlarının doğrulması sensasiin səciyyə daşımır, sadəcə dünyadakı mövcud vəziyyətin təhlilindən çıxan məntiqli nəticələrdir. Bundan əlavə, Jirinovski tez-tez mümkün qədər geniş bəyanatlar verir, hadisələrin inkişafı üçün bir çox variantları nəzərdə tuturdu. Məsələn, ABŞ-ın qaradərili prezidentinin gəlişini “proqnozlaşdırdığı” zaman o, əlavə etmişdi ki, həmin şəxs həm də “müsəlman, təkayaqlı və homoseksual” olacaq.
Bilindiyi kimi, atası Keniya müsəlmanı Hüseyn adlı şəxs olan Barak Obama təkayaqlı deyildi, homoseksual olması barədə də sona qədər heç bir informasiya səslənmədi.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ