Onlayn ictimai-siyasi qəzet
Qırğızıstan prezidenti Sadır Japarov Qırğızıstanın birinci prezidenti Əsgər Akayevin səhvlərini sadalayaıb.
Musavat.com xəbər verir ki, Japarov “Kabar” agentliyinə müsahibəsində deyib: “Mən demirəm ki, o, ləyaqətli deyil, onun Qırğızıstanın inkişafına verdiyi töhfə çox böyükdür. Ölkədə həyata keçirilən bir çox yaxşı işlərin başında məhz Əsgər Akayev dayanır. Ancaq həyatın təbiəti belədir: 99 dəfə yaxşılıq edə bilərsən, amma bir dəfə səhv et və bu bağışlanmaz”.
Sadır Japarov Əsgər Akayevin harada səhv etdiyini sadalayaraq qeyd edib ki, bu, onun deyil, əhalinin əksəriyyətinin verdiyi qiymətdir.
“Birincisi, o, özəlləşdirmə məsələsinə nəzarət edə bilmədi. Hakimiyyətdə olan məmurlar xalqın malını talayırdılar. İşləyən zavod və fabrikləri dağıdır, maşınları xarici ölkələrə satırdılar.
İkincisi, kənd təsərrüfatı məhv edildi. Amma kənd təsərrüfatı məsələsi Akayevin günahı deyil. O, əkinçi deyil, alimdir. Kənd təsərrüfatının məhv edilməsində səriştəsiz demaqoq naziri günahlandıra bilərik. Bu sənayeyə rəhmətlik Jumqalbek Amanbayev kimi güclü nazir təyin edilməli idi. Əsgər Akayeviç kadr seçimində də səhvə yol verib.
Üçüncüsü, onun əsas səhvi o idi ki, durumu camaatın onu qovacağı həddə çatdırmağa ehtiyac yox idi. 10 illik hakimiyyətdən sonra ona getmək lazım idi. İnsan təbiətində belə bir fenomen var: eyni insanı çox uzun müddət görürsənsə, insanlar ondan bezirlər. O, qızıl adam ola bilər, amma insanlar eyni sifəti görməkdən yorulur. Ona görə də dünyada belə bir qayda var ki, prezidentlik müddəti 7 illik bir müddət və ya 4-5 illik iki müddətlə məhdudlaşdırılır. Bu qayda bir səbəbə görə tətbiq edilib. Dünya təcrübəsindən ona görə götürülb ki, bir adam uzun müddət prezident işləməsin. İnsan oğlu zəifdir, yoxsa hakimiyyətdə olmaq bu qədər şirindir, bilmirəm”, - deyə Sadır Japarov bildirib.
Onun fikrincə, Əsgər Akayev getməyə məcbur olduğu vəziyyətə gətirib çıxarmasaydı, onun Qırğızıstanın birinci və eks-prezidenti kimi portreti “Intımak Ordo”da asılacaqdı.
“Dünən Joqorku Keneş onun eks-prezident statusunu bərpa etməkdən imtina etdi. Ona görə də biz tarixdən dərs almalıyıq. Azlıq çoxluqla razılaşmalıdır. Yenə deyirəm: 99 dəfə yaxşılıq etsən, 1 dəfə səhv etsən, insanlar bağışlamaz. Bu, insan təbiətidir. Yaxşı əməllər tez unudulur, pis əməllər isə heç vaxt unudulmur. Bunun üçün üzülməyə ehtiyac yoxdur. Ona görə də çalışacağıq ki, səhv etməyək. Biz ölkəni inkişaf etdirəcəyik və yeniləyəcəyik. Onda xalq qiymətləndirəcək və hörmət edəcək”, - deyə prezident əlavə edib.
Xatırladaq ki, dünən parlament Əsgər Akayevə Qırğızıstanın eks-prezidenti statusunu qaytarmaqdan imtina edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ