İnsanlara hürriyət, millətlərə istiqlal!

İyulun 14-də Rusiyada nə olacaq - dünya gözləmədə

ABŞ prezidenti “kiçik sürprizdən” sonra indi də bu ölkə haqda “mühüm açıqlama” vəd etdi; Azərbaycanda hansısa konkret situasiyada şəxs haqqında “ondan hər şey gözləmək olar” deyirlər, Tramp da o adamlardan biridir...

ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində Rusiya ilə bağlı “mühüm açıqlama” verəcəyini bildirib. O, “Rusiyadan məyus olduğunu” deyib. “Ancaq yaxın bir neçə həftə ərzində nə olacağını görəcəyik” deyə, Tramp bildirib. Bundan əvvəl mətbuat konfransı zamanı ABŞ prezidenti sülh nizamlanmasında irəliləyiş olmadığına görə “kiçik sürpriz təşkil etmək” istədiyini bildirmişdi.

d2d11b0fa05f2ad65264ce80af521714.jpg (146 KB)

Dünya Trampın Rusiya ilə bağlı iyulun 14-nə təsadüf edəcək mühüm açıqlamasının anonsuna kilidlənib. Keçən ay ondan İsraillə birlikdə İrana hücum etməyi planlaşdırıb-planlamadığını soruşduqda ABŞ prezidenti belə cavab vermişdii: “Bəlkə edərəm, bəlkə etməyəcəyəm. Nə edəcəyimi heç kim bilmir”. O, İrana danışıqları bərpa etmək şansı vermək üçün iki həftəlik fasiləyə razı olduğunu desə də, qəfil Tehrana zərbə vurdu. Yəni Trampın belə şouları, dünyanı “ojidaniya rejimində” saxlamağı xoşlayır. Amerikalı politoloqlar bunu “dəlilər nəzəriyyəsi” adlandırırlar, yəni Tramp rəqibini güzəştə vadar etmək üçün hər şeyə qadir olduğuna inandırmağa çalışır. Tramp yəqin indi də hesab edir ki, bu gedişi Rusiyaya da təsirli ola bilər.

2025-05-26T165340Z_2058771929_RC2SPEA3I23C_RTRMADP_3_USA-TRUMP-pic4_zoom-1500x1500-72136.jpg (303 KB)

Şübhə yoxdur ki, dünyada fövqəladə hadisələr baş verməsə, son iki-üç gündə əsas müzakirə mövzusu Trampın anonsunun arxasındakı sirlər olacaq. Əcəba, Rusiya ilə bağlı Trampın “mühüm açıqlaması” nə ola bilər?
Bu sualın “açar”larından biri dövlət katibi Rubionum ASEAN ölkələrin xarici işlər nazirlərinin Malayziyadakı tədbiri çərçivəsində rusiyalı mövqedaşı Lavrovla görüşündədir. Rubionun jurnalistlərin diqqətindən yayınmayın hərəkəti qapılar bağlanmazdan öncə Lavrova göz vurmasıdır. Dünyanın əksər ölkələrinin “gözağartığı” rusiyalı nazirə ABŞ dövlət katibinin bu jestini hələlik bir kənara buraxaq. Görüşə gəlincə, məlumat budur ki, Lavrov Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni təkliflər verib. Rubio görüşdən sonra münaqişənin həllimdə irəliləyiş olmamasından gileylənib, ABŞ-ın Rusiyadan narazılığını gizlətməyib. Rubio deyib ki, görüş haqda prezidentə məruzə edəcək və bundan sonra Tramp barəsində çoxdan danışılan Rusiyaya sərt sanksiyalar tətbiqi barədə qərar verə bilər. Sanksiya sənədləri Rusiyanın ticarət tərəfdaşlarına qarşı, o cümlədən bu ölkədən neft, qaz və uran alan ölkələrdən idxala 500% rüsumu da nəzərdə tutur. Tramp iyulun 3-də Putinlə 1 saatlıq telefon danışığından sonra narazılığını gizlətməyib, bildirib ki, “Ukrayna böhranının həllində” heç bir irəliləyiş əldə edə bilməyib. Sonra isə deyib ki, senatorlar tərəfindən hazırlanmış sanksiyalar haqqında qanun layihəsini dəstəkləyə bilər.

esas-bu.jpg (60 KB)
Ona görə əsas ehtimal budur ki, Tramp “mühüm” dediyi açıqlamada Rusiyaya qarşı sanksiyaların önünü açsın. Daha əvvəl də məlumat verilmişdi ki, Tramp Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsini dəstəkləməyə hazırdır, bir şərtlə ki, onların ləğvi üçün də səlahiyyət istəyir...

Ötən yazıda da qeyd etmişdim ki, ABŞ-ın Ukraynadakı müharibədən çıxmaq üçün iki variantı var. Ya Əfqanıstandakı kimi qaçmaq, ya da Vyetnam variantını seçmək. Yəni silah dəstəyi tədricən zəifləyir, nəhayət ki, uduzanda “biz oradan çoxdan getmişik, bu, artıq bizim müharibəmiz deyil” bəhanəsi olur. Yəni silah Ukrayna qalib gəlsin deyə yox, yavaş-yavaş uduzsun deyə veriləcək.

thumbs_b_c_a89b5309f9376b12534de5f9f22db93e.jpg (234 KB)

Bu yaxınlarda o da üzə çıxdı ki, sən demə, Amerika prezidenti Moskva və Pekini bombalamaqla hədələyib. CNN tərəfindən yayımlanan audioyazı 2024-cü ildə Respublikaçılar Partiyasının donor yığıncağında səslənib. Belə danışılır ki, Trampın yaxın ətrafı dövlət başçısının Rusiyaya qarşı ritorikasının sərtləşməsi ilə bağlı iki düşərgəyə bölünüb. Bəziləri ritorikanın sərtləşdirilməsinin xeyri olmayacağını düşünürlər.

Digər tərəf isə hesab edir ki, Trampın daha “döyüşkən” mövqe seçməsi Putin və Zelenski üçün kodlaşdırılmış mesajdır. Yəni bir-birlərinə güzəştə getməsələr, “hər şey mümkündür”.

Azərbaycanda hansısa konkret situasiyada şəxs haqqında “ondan hər şey gözləmək olar” deyirlər. Tramp da deyəsən, o adamlardan biridir...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR