İnsanlara hürriyət, millətlərə istiqlal!

"IX siniflərin buraxılış imtahanlarında..."- BŞTİ sədri AÇIQLADI

"Son bir ayda Bakıda 5 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib. Bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub. Onların tərbiyəsi ilə 4 299 müəllim məşğul olur".

Musavat.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, idarənin tabeliyinə 348 bağça keçib: "Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb".

BŞTİ-nin müdiri əlavə edib ki,  IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmə müşahidə olunub. 4 rayonda məktəblərin nəticələri aşağı olub. Buraya Sabunçu, Qaradağ, Xəzər və Pirallahı aiddir. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR