İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin balıqçının qardaşı: "İnsan batanda hərəkət edər, Nazim necə getmişdisə, elə də tapılıb"

Lənkəranda itkin düşən balıqçı 41 yaşlı Mahmud İbayevin axtarışları gücləndirilib.

Musavat.com Baku TV-yə istinadən məlumat verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, Aviasiya dəstəsinin helikopteri, eləcə də yerli balıqçılar cəlb olunub.

İtkin düşən Mahmud İbayevin qardaşı Rəşad İbayev bildirib ki, Nazim Abbasovun meyiti tapılsa da, qardaşından hələ ki xəbər yoxdur: "Bizim üçün hələ də qaranlıqdır ki, o, necə batıb? İnsan batanda hərəkət edər, amma Nazim necə getmişdisə, elə də tapılıb. Ekspertizanın rəyinə əsasən, boğulma ehtimalı var".

Qeyd edək ki, yanvarın 13-də balıq tutmağa gedən Siyavar kənd sakinləri 41 yaşlı Mahmud İbayev və 57 yaşlı Nazim Abbasov itkin düşüb. Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR