Onlayn ictimai-siyasi qəzet
İtaliyalı tennisçi Kamila Cyorci vergi xidməti ilə bağlı problemlərə görə karyerasını bitirib.
Maliyyə polisi aprelin 13-də qadın idmançıya zəng vuraraq idarəyə dəvət etsə də, o, bunu etməyib. Son bir neçə gün ərzində ona vergi araşdırmasının nəticələri barədə məlumat vermək cəhdləri olub. Lakin nəticəsi olmayıb. Onun ödənilməmiş borcları olduğu müəyyən edilib.
Florensiya prokurorluğunun apardığı araşdırmaya görə, təkcə Cyorci deyil, ailəsinin də (atası və məşqçisi Serxio, ana Klaudiya, qardaşları Leandro və Amadeus) vergi bəyannamələrində bir neçə boşluq var.
Müstəntiqlər hesab edir ki, İtaliya tennisinin seksual gözəli hesab edilən Kamila Avropanı tərk edərək ABŞ-a köçüb. (Publika.az)
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ