Onlayn ictimai-siyasi qəzet
Ukrayna-Rusiya müharibəsi ilə bağlı beynəlxalq təzyiqlər artır.
Musavat.com xəbər verir ki, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani Ukraynanın sülhün təmin edilməsi məqsədilə müəyyən güzəştlərə getməli olduğunu bəyan edib.
RAI-1 telekanalına verdiyi müsahibədə Tayani vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün Ukraynanın diplomatik addımlar atmasının vacib olduğunu vurğulayıb.
“Əgər ruslar irəliləməyə davam edərsə, Zelenski vəziyyətin daha da pisləşməsini istəmirsə, güzəştlərə getməli olacaq”, – deyə nazir qeyd edib.
Tayani həmçinin bildirib ki, müharibə sonsuz davam edə bilməz və tərəflər gec-tez masaya oturaraq hərbi əməliyyatlara son verməlidirlər.
“Müharibə 2025-ci ildə, Zelenskinin də dediyi kimi başa çatmalıdır”, – deyə İtaliyanın baş nazir müavini əlavə edib.
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ