İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir

İtaliyada bəzi böyük şəhərlər də daxil olmaqla 13 əyalət üzrə 595 yaşayış məntəqəsində yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Breşia, İmperiya, Piza, Siena və Brindizi bölgələrində iki gündür davam edən seçkilər bu gün yerli vaxtla saat 15:00-dək başa çatacaq. Mayın 14-də seçici fəallığının 46,39 faiz olduğu bildirilib.

Qeyri-rəsmi ilk nəticələrin bu gün açıqlanması gözlənilir.

Seçkilər növbəti həftələrdə - mayın 21-də Trentino və Valle d'Aostada, mayın 28-də və 29-da isə Siciliya və Sardiniyada keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR