Onlayn ictimai-siyasi qəzet
İtaliyada keçirilən ənənəvi karnaval tədbiri zamanı ölkənin baş naziri Giorgia Meloninin heykəli yandırılıb.
Musavat.com xəbər verir ki, həftəsonu Romanın şimalındakı Rieti şəhəri yaxınlığında yerləşən Poggio Mirteto qəsəbəsində baş tutan karnavalda İtaliyanın Baş naziri və ifrat sağçı "İtaliyanın Qardaşları" Partiyasının (FdI) lideri Giorgia Melonini təsvir edən kukla nümayiş olunub.
Sözügedən kukla faşist salamı verən pozada hazırlanıb və karnaval ənənəsinə uyğun olaraq yandırılıb.
Tədbir zamanı ətrafda toplaşan insanlar müxtəlif şüarlar səsləndiriblər. Yerli mənbələrin bildirdiyinə görə, hadisə ilə bağlı polis müdaxilə edərək bir neçə nəfəri saxlayıb. Hadisə İtaliya ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, İtaliyada keçirilən bəzi karnavallar siyasi və sosial məsələlərə ironik yanaşma tərzi ilə tanınır. Bu cür tədbirlərdə tez-tez tanınmış siyasi və ictimai xadimlərin maketləri hazırlanaraq yandırılır.
Musavat.com
12 Mart 2025
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ