İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya ruslar və belaruslar üçün “qızıl viza”ların verilməsini dayandırıb

İtaliya hakimiyyəti Rusiya və Belarus vətəndaşları üçün İtaliyaya “İnvestor-viza” proqramını dayandırıb, onlar daha ölkəyə investisiya qoymaq müqabilində “qızıl viza” ala bilməyəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Müəssisələr və məhsullar üzrə nazirliyin “Made in Italy” saytında dərc olunub.

Bildirilir ki, qərar Avropa İttigaqının tövsiyəsi əsasında qəbul edilib, o, ittifaqın bütün üzv dövlətlərinə sərmayələr müqabilində ruslara və belaruslara yaşayış icazəsi verilməsi proqramlarını nəzərdən keçirməyi və ya ləğv etməyi əmr edir (bu, Aİ səviyyəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlıdır). Proqram 8 avqust 2023-cü il tarixindən rəsmi olaraq dayandırılıb və heç bir yeni “Qızıl viza” müraciəti qəbul edilməyəcək.

2017-ci ilin yanvar ayından etibarən Aİ vətəndaşı olmayan əcnəbilər ölkə iqtisadiyyatına investisiya yatırmaq müqabilində iki il müddətinə İtaliyada yaşamaq icazəsi ala bilirlər. Proqramda iştirak etmək üçün ölkənin iqtisadi sisteminin inkişafı üçün “strateji aktivlərə” investisiya yatırmaq lazım idi. Qeyri-Avropa ölkəsinin vətəndaşı viza almaq üçün bu meyarlardan birinə cavab verməlidir: yerli innovativ startapa 250 000 avro, İtaliya məhdud məsuliyyətli şirkətinə 500 000 avro, sosial layihəyə 1 milyon avro və ya dövlət istiqrazlarına 2 miyon avro vəsait yatırmaq.

Rusiya mediasının məlumatına görə, “İnvestor-viza” proqramının fəaliyyəti dövründə 200-dən çox insan istifadə edib. İtaliya səlahiyyətlilərinə görə, 2022-ci ildə İtaliya ən azı 32 Rusiya vətəndaşına iki illik “qızıl viza” verib (cəmi 36 rus bunu tələb edib). 2022-ci ildə Rusiya Federasiyasının vətəndaşları “investor vizaları” almaqda amerikalıları (12) və britaniyalıları (12), həmçinin Aİ-dən kənar digər ölkələrdən olan 23 nəfəri qabaqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR