Onlayn ictimai-siyasi qəzet
Noyabrın 9-da turbinin fəaliyyyətindəki problemlər səbəbindən İsveçdəki ən böyük atom elektrik stansiyasının reaktorunun işi dayandırılıb.
“Oskarshamn AES-in 3 saylı reaktoru turbin dayanması səbəbindən elektrik şəbəkəsindən ayrılıb. Nasazlıqların aradan qaldırılması davam edir”, - AES sözçüsü Dezire Lilyeval bildirib.
Məlumata görə, 2022-ci ildə AES-də müxtəlif səbəblərdən artıq bir neçə dəfə nasazlıqlar qeydə alınıb. Hazırda stansiyanın işini nə zaman bərpa edəcəyi məlum deyil.
Xatırladaq ki, İsveçdə altı aktiv reaktoru olan üç atom elektrik stansiyası var. Oskarshamnın üçüncü reaktoru onlardan ən böyüyüdür. Onun gücü 1400 meqavatdır.//Oxu.az
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ