İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Rusiyanın 5 diplomatını “persona-non-qrata” elan edib

İsveç Rusiyanın 5 diplomatını “persona-non-qrata” elan edib.

“Report” xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Bilström yerli “SVT Nyheter” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatları statuslarına uyğun fəaliyyət göstərməyib: “Diplomatlar kəşfiyyat fəaliyyəti ilə məşğul olurlar”.

T.Bilström deyib ki, Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev Xarici İşlər Nazirliyinə çağırılıb və ondan 5 diplomatın fəaliyyətinin Vyana Konvensiyasına uyğun gəlmədiyi üçün ölkəni tərk etməsi tələb olunub.

V.Tatarintsev məsələyə münasibət bildirmək istəməyib.

Sonuncu dəfə İsveç ötən ilin aprelində Moskvanın 3 diplomatını Rusiya kəşfiyyatı ilə əlaqədə şübhəli bilərək “persona-non-qrata” elan etmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR