Onlayn ictimai-siyasi qəzet
Türkiyə İsveçin NATO-ya üzvlüklə bağlı Ankaranın tələblərini yerinə yetirməyə hazır olduğuna getdikcə daha çox əmin olur.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” Türkiyədəki rəsmilərə istinadən yazır.
İsveç Baş naziri Ulf Kristersson noyabrın 8-də Ankaraya gələcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin NATO-ya qoşulmaq üçün müraciətinin ratifikasiyası ilə bağlı danışıqlar aparacaq.
İsveç Baş naziri daha əvvəl demişdi ki, Stokholm Türkiyədə terror təşkilatı kimi tanınan PKK ilə əlaqəsi olan kürd təşkilatları (PYD, YPG) ilə əməkdaşlıq etməyəcək. İsveç həmçinin hərbi texnikanın Türkiyəyə ixracına qoyulan məhdudiyyəti aradan qaldıracaq.
“Bloomberg”in mənbələrinə görə, bütün bu tədbirlər İsveç NATO-ya daxil olduqdan sonra da qüvvədə qalmalıdır.
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ