İnsanlara hürriyət, millətlərə istiqlal!

İstismar müddəti başa çatmış qaz balonları təhlükəlidirmi? - VİDEO

Bəzi evlərdə və obyektlərin bir küncündə olan müddəti başa çatmış qaz balonları təhlükəli sayılır.

İstifadəsi nə qədər təhlükəli olsa da, hələ də elan saytlarında bu balonların satışına rast gəlmək mümkündür. Xüsusən də köhnə balonların.

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov deyir ki, hazırda istifadədə olan qaz balonlarının böyük hissəsi sovet dönəmindən qalıb. Onların da nəinki istismar müddəti başa çatıb, hətta istehsalı da illər əvvəl dayandırılıb.

Ekspert bildirir ki, həcmindən asılı olmayaraq balonun içərisinə az da olsa maye qaz doldurulubsa, artıq o, təhlükəli hesab edilir. Bu səbəbdən də həmin balonlardan istifadə etmək düzgün deyil.

Daha ətraflı videomaterialı təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR