Onlayn ictimai-siyasi qəzet
Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub.
Musavat.com Report-a istinadən xəbər verir ki, hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib.
Belə ki, Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.
2006-cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.
A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Lakin onun üzərində həyat əlamətləri müşahidə olunmayıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ