İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərinə bürünüb

28 May – Müstəqillik Günü münasibətilə Türkiyənin İstanbul şəhərinin tarixi abidələri və körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, mayın 27-si və 28-i təşkil olunan proyeksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü və qardaş ölkənin aidiyyatı dövlət qurumlarının dəstəyi ilə baş tutub.

Bu münasibətlə tarixi Qalata qülləsi və İstanbulun iki qitəsini birləşdirən körpüləri şanlı bayrağımızın rənglərinə bürünüb.

Kompozisiya yerli vətəndaşlar və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR