İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda TƏCİLİ TƏDBİRLƏR ALINDI:  Şəhərdə 4 gün müddətində BUNLAR QADAĞANDIR! - RƏSMİ

İstanbulda hər cür toplantı, nümayiş və mətbuata açıqlamalar qadağan edilib.

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İstanbul Valiliyinin açıqlamasına görə, şəhərdə 4 gün müddətində hər cür toplantı, nümayiş və mətbuat açıqlaması qadağan edilib.

"Vilayət daxilində ictimai asayişin qorunması və baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınması məqsədilə 19-23 mart tarixləri arasında Valiliyimiz tərəfindən hər cür toplantı, nümayiş və mətbuata açıqlamalar 4 gün müddətinə qadağan edilib", - məlumatda deyilir.

 "Haber Global"ın məlumatına görə, İstanbulda bəzi metro xidmətləri dayandırılıb, bəzi yollar bağlanıb.

Metro İstanbuldan verilən açıqlamaya görə, İstanbul valiliyinin qərarı ilə bəzi metro xidmətləri ləğv edilib. Digər tərəfdən, şəhərdə bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR