Onlayn ictimai-siyasi qəzet
Qırmızı bülletenlə bir çox cinayətə görə İnterpol tərəfindən axtarışa verilən cinayətkar dəstə başçısı Erik Şröder İstanbulda yaxalanıb.
Musavat.com xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya Şröderin ələ keçirildiyi "Kafes-25" əməliyyatının görüntülərini və təfərrüatlarını paylaşıb.
Narkotik ticarətindən quldurluğa qədər bir çox cinayətlər törədən və xüsusilə Avropada fəallıq göstərən Erik Şröderin yaxalanma anının görüntüləri diqqət çəkib.
Nazir Yerlikaya açıqlamasında bunları deyib:
“Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, cinayətdən əldə edilmiş çirkli pulların yuyulması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə, Almaniya tərəfindən İnterpolun axtarışına verilən Erik Şröder yaxalanıb. İstəyirəm ki, əziz millətimiz bunu bilsin. Hansı ölçüdə olursa olsun, hansı bülleten adlandırsalar da, beynəlxalq mütəşəkkil cinayətkar təşkilatlarının, narkotik alverçilərinin xalqımızın dincliyini pozmasına imkan verməyəcəyik. Hamısını bir-bir qəfəsə salacağıq!"
Qeyd edək ki, əməliyyat nəticəsində 41.850 avro və 38.000 türk lirəsi, 4 Rolex markalı qol saatı, 5 mobil telefon və 3 sim kart, həmin şəxsə məxsus müxtəlif adlarda saxta pasport və şəxsiyyət vəsiqələri götürülüb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ