İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda Nizami Gəncəvi ilə bağlı beynəxalq konfrans keçiriləcək

İstanbuldakı tarixi Rami kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib və kitabxanada Nizami Gəncəvinin yaradıcılığına dair beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri yerli kitabxanalara Azərbaycana dair ana dilimizdə və yerli dildə nəşrlər hədiyyə edir, Azərbaycanla bağlı fondlar zənginləşdirilir.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İstanbul şəhərindəki ən böyük kitabxanalardan olan tarixi Rami kitabxanasına milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımıza dair Azərbaycan və Türkiyə türkcəsində zəngin kitab kolleksiyası hədiyyə edilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Rami Kitabxanasının müdiri Əli Çelik
nəşrlər təqdim olunarkən qeyd etmişdir ki, ən böyük və yeni konseptlə təşkil olunmuş Rami kitabxanasında Azərbaycanla bağlı həm Türkiyə türkcəsində, həm də Azərbaycan dilində nəşrlərə ciddi ehtiyac vardır. O, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihə əsasında bu il aprel ayında kitabxanada “Azərbaycan günü”nün keçiriləcəyini, tədbir çərçivəsində Azərbaycana dair nəşrlərin təqdimatı, dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının zirvəsi Nizami Gəncəvi yaradıcılığına dair beynəlxalq konfransın təşkili, açıq havada isə Azərbaycan klassik musiqisi və muğamından ibarət konsert proqramının keçiriləcəyinin razılaşdırıldığını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Rami kitabxanası ilə birgə layihə çərçivəsində kitabxananın səsli kitabların hazırlanması bölməsində Azərbaycan xalq nağıllarının səsli versiyasının yaradılmasına dair razılığın ədəbiyyat nümunələrimizin təbliği, Türkiyəli uşaqlara Azərbaycan folklorunun tanıdılması istiqamətində əhəmiyyətini qeyd edib.

Sonda Azərbaycana dair yeni nəşrlər kitabxananın fondu üçün təqdim edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR