İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin XİN başçısı britaniyalı həmkarı ilə Qəzza, İran, Livan və Suriyanı müzakirə edib

İsrailin xarici işlər naziri Gideon Saar britaniyalı həmkarı Devid Lemmi ilə Qüdsdə keçirdiyi görüşdə İran, Livan, Suriya və Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə paylaşım “X” sosial şəbəkəsində onun səhifəsində yerləşdirilib.

"Biz Suriya, Livan və İran təhlükəsi də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etdik. Mən İsrailin Qəzzadakı girovlarla bağlı saziş bağlamaq niyyətini vurğuladım", - paylaşımda qeyd olunur.

“İsrail regionda güc və sabitliyin dayağıdır və belə də qalacaq”, - Saar əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR