İnsanlara hürriyət, millətlərə istiqlal!

"İsrailin hərbi əməliyyatları tam hüquqa malikdir"

 

"İsrail ən çox sülhü sevən, sülhü istəyən, sülh tərəfdarı olan bir ölkədir".

 

Bu sözləri Musavat.com-a açıqlamasında "Azərbaycan Yəhudi Media Mərkəzi"nin direktoru Nəsimi Əbilov deyib. Müsahib deyir ki, İsrailə qarşı edilən bu terror hadisəsi ilk dəfə deyil. Dəfələrlə İsrail dövləti bu cür terror hücumlarına məruz qalıb.

"İsrail dövlətinin ətrafını terror qruplaşması, terror dəstələri əhatə edib. Bu dəstələrdən biri də HƏMAS qruplaşmasıdır. Üzücü haldır ki, 7 oktyabr hadisələrində HƏMAS-ın İsrailə qəflətən hücumu nəticəsində xeyli sayda insan itkisi oldu. Qocalar, cavanlar, əsasən də uşaqlar bu terrorun qurbanı olurlar. Dünya tərəfindən bu terror, eləcə də HƏMAS qruplaşması pislənilir. Bu əməl dünyada bir çox ölkələrin etirazına səbəb olub. Terror hücumu nəticəsində dünyanın bir çox ölkələri İsrailə öz dəstəyini bildirib. Hətta İsrail dövlətinə həm humanitar yardım, həm də terrorun məhvinə görə gərəkli yardımlar edilir. Beynəlxalq hüquq normalarına uyğun olaraq İsrail dövlətinin terror təşkilatlarına qarşı istənilən bir hərbi əməliyyatı aparması tam hüquqa malikdir. Və hazırda da terrora qarşı hərbi əməliyyatlar başlayıb. Terror qruplaşmasının başda duran bəzi əsas üzvləri məhv edilməkdədir.

Düşünürəm ki, bu, çox da uzun vaxt tələb etməyəcək. Yəni qısa bir müddət ərzində terrorun əsas üzvləri məhv ediləcək. Biz Azərbaycan Respublikasında yaşayırıq və illərdir ki, erməni terrorunu görürük. Bu hadisə bizə yad deyil. İsrail dövləti də bu cür terror hücumlarına neçə illərdir ki, mütəmadi olaraq məruz qalır. Düşünürəm ki, İsrail buna son qoymalı və birdəfəlik bu məsələni həll etməlidir. Ümid edirəm ki, bu dəfəki terrora qarşı olan hərbi əməliyyatlar yekunda öz nəticəsini verər. Hətta elə bir nəticə verər ki, terror qruplaşması bir daha baş qaldırmaz. Yaxın şərqdə sülh, əmin-amanlıq hökm sürər. Sülhlə bağlı arzum həmçinin Cənubi Qafqaz üçün də keçərlidir. Arzu edirəm ki, Cənubi Qafqazda da bir daha güllə səsləri, "şəhidimiz var" sözləri eşidilməsin".

 

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR