İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən YENİ HƏMLƏ - Bu hərbi texnikadan İSTİFADƏ EDƏCƏK

İsrail ölkənin şimalında raket və təyyarələri aşkar etmək üçün radarla təchiz olunmuş dirijabllar yerləşdirib.

Musavat.com xəbər verir ki, Livandan Hizbullahın hücumlarına qarşı yerləşdirilən dirijabl bu gün işə salınıb.

Haaretz qəzeti İsrail ordusunun İsrailin şimalında "Sky Dew" adlı raket və təyyarə aşkarlama və xəbərdarlıq sistemini 1,5 il əvvəl sıradan çıxdıqdan sonra yenidən işə saldığını yazıb.

“The Times of Israel” qəzetinin məlumatına görə, İsrailin şimalında və Livanın cənubunda yaşayan sakinlər raket aşkar edən dirijablın bölgəyə yerləşdirildiyini təsdiqləyiblər.

Qeyd edək ki, Hizbullah sərhəddəki İsrail ordusuna aid hərbi bazaya 60-dan çox raket atdığını açıqlayıb. İsrail və Hizbullah münaqişəsi oktyabrın 8-dən başlayıb. Qarşıdurmalarda 152 Hizbullah üzvü, 28 Livan vətəndaşı, 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri də həyatını itirib.

Musavat.com

İsrail, Lübnan sınırına füze tespit zeplini konuşlandırdı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR