Onlayn ictimai-siyasi qəzet
İsrail və İran arasında genişmiqyaslı müharibə qaçılmazdır.
Musavat.com xəbər verir ki, bunu “Newsweek” jurnalına müsahibəsində İsrail Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Fler Hassan Nahum bildirib.
Onun sözlərinə görə, İran və onun müttəfiqləri hazırda psixoloji müharibədə qalib gəlir. Nahum İranın ritorikasının "İsraildə çox ağır atmosfer" yaratdığını bildirib.
O, ABŞ prezidenti Co Baydeni tez bir zamanda İslam Respublikasına qarşı birbaşa hərəkətə keçməyə çağırıb:
“ABŞ-ın etməli olduğu yeganə şey İranın nüvə infrastrukturunu yalnız onlarda olan avadanlıqla hədəfə almaqdır. Biz bunu özümüz edə bilmərik”.
Eyni zamanda o qeyd edib ki, Ağ Ev çətin ki, belə addımlar atmağa razı olsun.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ