İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən ABŞ-a TƏCİLİ MÜRACİƏT

İsrail ABŞ-dan təcili hərbi yardım üçün 10 milyard dollar istəyib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” üç rəsmi şəxsə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yardım paketi hazırda Konqres tərəfindən Ağ Evlə razılaşdırılaraq hazırlanır, bura Ukrayna, Tayvan və ABŞ-Meksika sərhədi üçün vəsait də daxil olacaq.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın sözlərinə görə, Amerika administrasiyası Ukrayna və İsrailə kömək etmək üçün 2 milyard dollar tələb etmək niyyətindədir.

Bazar günü Təl-Əvivə səfəri zamanı Senatın Demokratik çoxluğunun lideri Çak Şumer deyib ki, ABŞ qanunvericiləri İsrailə “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri üçün sursat, dəqiq bombalar, JDAM bombaları və 155 mm-lik döyüş sursatları verilməsini müzakirə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR