Onlayn ictimai-siyasi qəzet
İsrail polisi keçmiş baş hərbi prokuror, general-mayor İfat Tomer-Yerușalmiyə qarşı cinayət işi açıb və onu həbs edib.
Musavat.com xəbər verir ki, Rəsmi Kan telekanalının məlumatına görə, Tomer-Yerușalmi ədalət mühakiməsinə mane olmaqda və etimaddan sui-istifadədə şübhəli bilinir.
“Bazar ertəsi gecə saatlarında saxlanılan sabiq prokuror bu gün dindiriləcək və onun həbs müddətinin uzadılıb-uzadılmaması barədə qərar veriləcək,” – deyə Kan xəbər verir.
Bu hadisə İsrail ordusunun hüquq sistemində son illərin ən qalmaqallı istintaqlarından biri kimi qiymətləndirilir.
Musavat.com
07 Noyabr 2025
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ