Onlayn ictimai-siyasi qəzet
İsraildə küçədə Knessetin ərəb mənşəli deputatı Ayman Odehinə hücum edilib.
“The Times of Israel” xəbər verir ki, müxalifət lideri Yair Lapid və Demokratik Partiyanın sədri Yair Qolan hadisəni pisləyiblər.
“Mən Knesset deputatı Odehə qarşı zorakılığı pisləyirəm və polisi günahkarları tapıb məsuliyyətə cəlb etməyə çağırıram. Demokratik dövlətdə siyasi zorakılığa yer yoxdur”, - Lapid “X” sosial şəbəkəsində yazıb.
Qolan isə öz növbəsində, hadisəni “uzunmüddətli siyasi təhrikin birbaşa nəticəsi” hesab edir.
O, bu hadisəni “İsraildəki ərəb azlığına hücum” adlandırıb.//Teleqraf
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ