Onlayn ictimai-siyasi qəzet
İsrail və Suriya ikitərəfli münasibətləri həll etmək üçün bir neçə dəfə təkbətək danışıqlar aparıb.
“Report” xəbər verir ki, bu barədə “The Financial Times” yazıb.
“Danışıqlar əsasən zorakılığın baş verməsinin qarşısını almaq və İsraili işğal etdiyi Suriyanın sərhədyanı ərazilərindən geri çəkilməyə məcbur etmək məqsədi daşıyır”, - mənbə bildirib.
Danışıqlar son həftələrdə aparılıb və İsrailin işğalı altında olan Suriyanın Quneytra əyalətində baş tutub. Bundan əvvəl danışıqların BƏƏ-nin vasitəçiliyi ilə aparıldığı məlum olub.
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ