İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail quru əməliyyatına başlayarsa... - ŞOK PROQNOZ

“HƏMAS İsrailə hücumdan sonra Qəzzaya xeyli girov aparıb. Onların içərisində müxtəlif ölkələrin vətəndaşları var. Girovların azad olunması uğrunda mübarizə davam edir. Vətəndaşları HƏMAS qruplaşmasının girovluğuna olan ölkələr İsrailə təzyiq edirlər ki, Tel-Əviv Qəzzada quru əməliyyata başlamasın”.

Musavat.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

elxan.jpg (68 KB)

Politoloqun sözlərinə görə, İsrail quru əməliyyatına başlayarsa, girovların sağ qalma ehtimalı azalacaq:

"Bu təzyiq hələ ki, nəticəsini verir, mühafizəkar baş nazir Benyamin Netanyahu Qəzzaya hücum əmrini verməyə təsəlmir. Bu arada, HƏMAS ilkin olaraq iki ABŞ vətəndaşını azad edib. Görünür, HƏMAS Vaşinqtonun Yaxın Şərq siyasətini korrektə edəcəyinə ümid edir. Rusiya, Çin, Türkiyə və bir çox ölkə “bölgədə İsraillə yanaşı, Fələstin dövləti də olmalıdır” deyərkən Vaşinqton İsrailə dəstəyini davam etdirir. Buna baxmayaraq, Vaşinqtonda da anlayırlar ki, Fələstin dövləti mövcud olmayana qədər Yaxın Şərq “barıt çəlləyi” olaraq qalacaq”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR