İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzəyə tam nəzarət planı qurur – Böyük müharibə başlayır?

İsrail ordusu Qəzza zolağında böyük hərbi əməliyyata başlamağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəhbərliyi hesab edir ki, Fələstin anklavının böyük hissəsinin ələ keçirilməsi və nəzarət altına alınması HƏMAS hərəkatı üzərində qəti qələbənin əldə olunmasına yol açacaq.

Nəşr qeyd edir ki, Baş nazir Binyamin Netanyahu və onun yaxın çevrəsi yeni ABŞ administrasiyasının dəstəyini və Livanda “Hizbullah”ın zəifləməsini fürsət kimi dəyərləndirir.

Bu amillər İsrail ordusunun belə bir əməliyyat aparmaq üçün kifayət qədər imkan əldə etdiyini göstərir.

Rəsmi Tel-Əviv hələlik bu iddialara münasibət bildirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR