İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzaya aviazərbələri bərpa etdi: HƏMAS girovları azad etməsə...

Bu gecədən İsrail ordusu girovları azad etməkdən imtina etdiyinə görə Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.

Musavat.com xəbər verir ki, məlumatı İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yayıb.

Bildirilir ki, HƏMAS ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff və digər vasitəçilərdən "aldığı bütün təklifləri rədd edib".

“Times of Israel” qəzeti İsrail baş nazirinin ofisindən sitat gətirir: “İsrail bundan sonra artan hərbi güclə HƏMAS-a qarşı hərəkətə keçəcək”.

Netanyahunun ofisi aydınlaşdırıb ki, İDF-nin hərbi əməliyyatları bərpa etmək planı ötən həftə ölkənin siyasi rəhbərliyi tərəfindən təsdiqlənib. Baş nazirin ofisi bildirib ki, onlar İsrailin hərbi məqsədlərinə, o cümlədən HƏMAS-ın hərbi və təşkilati strukturlarının ləğvi, eləcə də girovların qaytarılmasına nail olmaq məqsədi daşıyır.

Xatırladaq ki, yanvarın ortalarında İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan etmək barədə razılığa gəliblər. Martın 2-də İsrail Qəzzaya humanitar yardımın çatdırılmasının qarşısını alıb və HƏMAS-ın ABŞ prezidentinin elçisi Steven Vitkoff-un Fələstin anklavında atəşkəslə bağlı danışıqları davam etdirmək planını qəbul etməkdən imtina etməsi ilə əlaqədar bütün keçidləri bağlayıb.

Martın 7-də "Ynet" portalı İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirin Qəzza zolağına yeni hücum planını təsdiqlədiyini bildirib. Ertəsi gün isə, "Kan" radiostansiyasının verdiyi məlumata görə, baş nazirin başçılıq etdiyi İsrailin siyasi rəhbərliyi orduya dərhal Qəzzada hərbi əməliyyatların bərpasına hazırlaşmağı əmr edib.

İsrail Ordusu aviahücumlar başlandıqdan bir neçə saat sonra açıqlama yayaraq İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı əməliyyatı HƏMAS hərəkatının rəhbərliyini və infrastrukturunu hədəf alan hava hücumlarından kənara çıxarmağa hazır olduğunu bəyan edib. Ordu sözçüsü bildirib ki, İDF “lazım olduğu müddətcə” hava hücumlarını davam etdirmək və “əgər əmr verilərsə, hücumları hava kampaniyası çərçivəsindən kənara çıxarmaq” niyyətindədir. Hərbçilər bildiriblər ki, İDF bütün cəbhələrdə gücləndirilmiş döyüş hazırlığı vəziyyətindədir.

Gecə ərzində İsrail Hərbi Hava Qüvvələrinin Fələstin anklavının ən böyük yaşayış məntəqələrinə, o cümlədən cənubda Xan Yunis və Rəfah, həmçinin şimaldakı Cəbəliyə şəhəri və Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinə silsilə zərbələr endiriblər.

Qəzza Media İdarəsi İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 200-ü keçdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR