Onlayn ictimai-siyasi qəzet
İsrail hərbçiləri avqustun 10-da səhər saatlarında Qəzza zolağında Əl-Tabain məktəb kompleksinə endirdiyi zərbələr zamanı Fələstinin HƏMAS və "İslami Cihad" qruplaşmalarının bölmə komandirlərini zərərsizləşdirib.
Bunu İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova bildirib.
Onun sözlərinə görə, hazırda zərərsizləşdirilmiş 19 nəfərin şəxsiyyəti müəyyənləşib.
A.Ukolova qeyd edib ki, kəşfiyyat məlumatlarına görə, qruplaşma məktəb binasından İsrailə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat mərkəzi kimi istifadə edib.
O əlavə edib ki, mülki və humanitar hədəfləri vurmaq onların (HƏMAS-red) məlum strategiyasıdır və Qəzza sakinlərinin riskə atılması barədə çoxsaylı faktlar var:
"Zərbə terrorçuların orada olması barədə dəqiq kəşfiyyat məlumatı alındıqdan sonra həyata keçirilib".
Avqustun 10-da səhər saatlarında İsrail Müdafiə Qüvvələri ölkənin hərbi hava qüvvələrinin Fələstinin HƏMAS radikal hərəkatının Qəzza şəhərində Əl-Tabain məktəbində yerləşən qərargahına hücum etdiyini bildirib. Fələstin anklavının mülki müdafiə xidmətinin məlumatına görə, sözügedən zərbələr 11-i uşaq və 6-sı qadın olmaqla azı 93 nəfər həlak olub.\\REPORT.AZ
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ