İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Müdafiə Ordusu HƏMAS üzvləri daxil olmaqla, 40 nəfərin saxlanıldığını açıqlayıb

İsrail Müdafiə Ordusu (ÇAXAL), İsrail əks-kəşfiyyatı Şin Bet və Milli Təhlükəsizlik Nazirliyi ötən gecə birgə reydlər keçirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÇAXAL-ın bəyanatında deyilir.

Bildirilib ki, terrorçuluq fəaliyyətində iştirakda şübhəli bilinən, axtarışda olan 40 nəfər həbs edilib. Saxlanılanlar arasında təxminən 20 nəfər HƏMAS hərəkatının üzvüdür.

Məlumata görə, ümumilikdə oktyabrın 7-dən indiyədək İsrailin müxtəlif bölgələrində axtarışda olan 360-a yaxın şəxs həbs edilib. Təxminən 210 nəfərin HƏMAS-la əlaqəsinin olduğu qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR