İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İrandan birbaşa hücum gözləyir; ABŞ bölgəyə daha çox gəmi yerləşdirir

ABŞ bölgədə İranın İsrailə potensial hücumu ilə bağlı narahatlıqlar artdığı bir vaxtda Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı və bir neçə esmines göndərib.

Musavat.com xəbər verir ki, bu barədə The Washington Post yazıb. 

Qeyd olunur ki, bölgədə İranın İsrailə potensial hücumu ilə bağlı narahatlıqlar artdığı üçün Birləşmiş Ştatlar Aralıq dənizinin şərqinə daha çox gəmi, o cümlədən bir sualtı qayıq və bir neçə esmines yerləşdirib.

Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən bir müdafiə rəsmisi bildirib ki, USS Laboon Qırmızı dənizdən Süveyş kanalı vasitəsilə yol aldıqdan sonra bölgəyə gəlib.

USS Ruzvelt və USS Bulkeley esminesləri və USS Wasp, USS Oak Hill və USS New York gəmilərinin daxil olduğu üç gəmidən ibarət amfibiya əməliyyat qrupu artıq regiondadır.

Həmin işçi qrupundakı dənizçilər və dəniz piyadaları evakuasiya əməliyyatlarını idarə etmək üçün məşq edirlər. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR