İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” – FOTOLAR

12 günlük İsrail-İran müharibəsi Azərbaycanda, xüsusən də İran malları satılan dükan-bazarlarda hiss olunmağa başlayıb.

Musavat.com xəbər verir ki, İrandan idxal edilən məhsulların qiymətində kəskin artım müşahidə olunur.

Müharibə günlərində İrandan Azərbaycana yük daşımaları dayanmayıbsa, qiymətlərin qalxması adekvat deyil.

Söhbətləşdiyimiz alıcılar bildirir ki, İran mənşəli malların qiyməti qısa müddətdə az qala ikiqat bahalaşıb. Lakin ticarət obyektlərində satıcılar qiymət artımını heç bir rəsmi və ya əsaslandırılmış səbəblə izah etmirlər. Alıcılar məsələni süni qiymət artımı kimi dəyərləndirirlər.

İSTEH.jpeg (1.50 MB)

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da narahatlığını bildirib.

“Hazırda bazarda istehlakçının maraqları ciddi şəkildə pozulur”, - deyə Eyyub Hüseynov Musavat.com-a açıqlamasında deyib.

eyyub son.PNG (353 KB)

Onun sözlərinə görə, hazırda satıcılar və market şəbəkələri qiymətləri sərbəst şəkildə, süni mexanizmlərlə artırırlar:

“Marketoloqların istehlakçıları labirintlərə, cəngəlliklərə salan minlərlə fəndi var. Təəssüf ki, bir çox ölkələrin siyasi hakimiyyətləri bu davranışları dəstəkləyir. İstehlakçının cibindən mümkün qədər çox pul çıxarılması ideyası bazar iqtisadiyyatı və sərbəst qiymət siyasəti adı altında təqdim olunur. Halbuki real sərbəst bazar şəraitində qiymətlər yalnız təklif və tələbin balansı ilə tənzimlənməlidir”.

Eyyub Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyi qiymət siyasətinə birbaşa müdaxilə edə bilmir:

“Dövlət orqanlarının da bu istiqamətdə səlahiyyətləri məhduddur. Buna baxmayaraq, qiymət artımının müəyyən obyektiv səbəbləri də ola bilər. İran məhsullarının bahalaşmasına müharibə fonunda yaranan qeyri-sabitlik, gömrük rüsumları və bəzi bürokratik maneələr təsir edə bilər. İnsanlar bu malları keyfiyyətindən çox ucuzluğuna görə seçir. Amma bu gün həmin ucuz məhsullar da əlçatmaz hala gəlib”.

Mənzər NOVRUZLU
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR