İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Hizbullahın hərbi obyektlərini belə vurdu- ANBAAN VİDEO

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə zərbələr endirib.

Musavat.com xəbər verir ki, məlumat teleqram kanallarında yayılıb.

Ordunun mətbuat xidməti bildirib ki, dünən (cümə) axşam saatlarında İsrail aviasiyası Livanın cənubundakı Hanin və Marun əl-Ras bölgələrində Hizbullahın hərbi binalarına hava zərbələri endirib.

Bundan əlavə, gecə saatlarında Nəbatiyyə bölgəsində radikal təşkilatın silah anbarı vurulub.

Məlumatda bildirilir ki, İsrail Livanın cənubundakı Ramiş, Lavona, Kfar Şoba və Aita əş-Şaab ərazilərinə də artilleriya atəşi ilə hücum edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR