Onlayn ictimai-siyasi qəzet
Qərb mətbuatı yazır ki, Fuad Şükr o qədər gizli bir həyat yaşayıb ki, 2024-cü il iyulun 30-da Beyrutda israillilər tərəfindən məhv edilənə qədər onun adını və ya görünüşü çox az adama məlum olub.
Musavat.com xarici KİV-ə istinadən bildirir ki, Hizbullah daxili təhqiqat aparır ki, Şükrin yeri ilə bağlı israillilərə təşkilatda dəqiq kimin məlumat verdiyini müəyyənləşdirsin.
WSJ yazır: “Şükrə zəng vurub onu cənubda, Dahiyyə məhəlləsində yaşadığı binanın yeddinci mərtəbəsində gözlədiklərini bildirən şəxsi axtarırlar (bu anda Şükr ikinci mərtəbədə olub).
Eyni zamanda məsələ burasındadır ki, israillilər çox əminliklə, dəqiq və öncədən məlumatlı kimi hərəkət ediblər. PUA ilə zərbə endirib, binanın üç mərtəbəsini dağıdıblar.
Şükrin özündən başqa, həyat yoldaşı, daha iki qadın və iki uşağı öldürülüb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlama zamanı 70-dən çox insan xəsarət alıb.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ