Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağında humanitar vəziyyətin monitorinqinə cavabdeh olan İsrail hərbi bölmələri öz komandirlərinə anklavın blokadasının davam etdirilməsinin kəskin ərzaq qıtlığına səbəb olacağı barədə xəbərdarlıq ediblər.
Musavat.com xəbər verir ki, məlumatı The New York Times (NYT) qəzetinə İsraildəki mənbələr çatdırıb.
İsrail Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən üç rəsmisi "İsrail Zolağa humanitar yardımın çatdırılmasını bərpa etməyə hazırdır, lakin radikal HƏMAS hərəkatını prosesdən çıxarmağın yollarını axtarır" deyib. NYT-nin məlumatına görə, monitorinq heyəti komandirlərə Qəzzanın bəzi bölgələrində ərzaq ehtiyatının yalnız bir neçə həftəyə çatacağı barədə məlumat verib. Daha sonra bu məlumat hökumətin diqqətinə çatdırılıb.
İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) beynəlxalq monitorinq təşəbbüsü Qəzza zolağında təxminən 1,95 milyon insanın qida çatışmazlığı və 133,000 insanın aclıq içində olduğu barədə xəbərdarlıq edib. IPC ekspertləri deyirlər ki, “yarım milyona yaxın insan aclıq təhlükəsi ilə üz-üzədir”.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ