İnsanlara hürriyət, millətlərə istiqlal!

“İsrail-Fələstin münaqişəsini ancaq o dayandıra bilər” – Paytaxt sakinlərindən İLGİNC proqnozlar - VİDEO

İsrail-Fələstin münaqişəsi başlayan andan dünya iki istiqamətə - İsrail və Fələstin tərəfdarları arasında bölünüb. Dünya liderləri də artıq öz mövqelərini bildirməyə başlayıb.

Məsələn, İran Prezidenti İbrahim Rəisi “İran Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir, fələstinlilər “Əqsa tufanı” əməliyyatı nəticəsində qalib gələcəklər” deyib, Bayden HƏMAS-ın İsrailə hücumu nəticəsində azı 11 ABŞ vətəndaşının həlak olduğunu diqqətə çatdırıb, Türkiyə lideri Ərdoğan müsəlamanlara olan zülmü pisləyib, bununla yanaşı İsrailə qarşı davranışların yolverilməz olduğunu və vastiəçiliyə hazır olduğunu deyib, Rusiya isə Moskvanın münaqişə zamanı yüzlərlə israilli və fələstinlinin həlak olmasından narahat olduğunu deyərək, hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırıb.

Beləliklə, indi əsas müzakirə mövzusu hansı super gücün bu münaqişəni dayandıra biləcəyi ilə bağlıdır.
Bəs paytaxt sakinləri necə düşünür, hansı qüvvə və yaxud hansı lider bu münaqişəni dayandıra bilər? Bu münaqişəni dayandıra biləcək qüdrətli dövlət, lider varmı?

TV Müsavat-ın əməkdaşları bu suallarla paytaxt sakinlərinə müraciət edib, onların mövqeyini öyrənib. Hazırladığımız videoreportajı təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR