Onlayn ictimai-siyasi qəzet
İsrail hakimiyyəti Qətərdə HƏMAS hərəkatının danışıqlar qrupuna hücum etmək planları barədə ABŞ administrasiyasına raketləri buraxan anda məlumat verib.
Musavat.com xəbər verir ki, məlumatı Amerikanın CBS News telekanalının Ağ Ev müxbiri Cennifer Ceykobs X hesabında açıqlayıb: "İsrail Dohada HƏMAS liderlərinə zərbə endirməzdən bilavasitə əvvəl - praktiki olaraq raket buraxılışı anında ABŞ-ı xəbərdar edib”.
Onun sözlərinə görə,Ş İsrail zərbəni Amerika tərəfi ilə əlaqələndirməyib, sadəcə, həyata keçirilməzdən bir neçə dəqiqə əvvəl ABŞ-ı xəbərdar edib.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ