Onlayn ictimai-siyasi qəzet
İsrail hərbi hava qüvvələrinin cənubi Livanın Baraşit bölgəsindəki əməliyyatı zamanı "Hizbullah"ın sahə komandiri Əbu Əli Ridə məhv edilib.
Musavat.com xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin açıqlamasına görə, Ridə İsrail hərbçilərinə qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsindən, habelə bölgədə "Hizbullah"ın terror fəaliyyətinə rəhbərlik etməkdən məsul şəxs olub.
Ordu mətbuat xidməti İsrail hərbi qüvvələrinin cənubi Livanda hədəfli əməliyyatları davam etdirdiyini vurğulayıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ