Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin "Netanyahu prostat vəzi ilə bağlı uğurlu cərrahiyyə əməliyyatı keçirib".
Musavat.com xəbər verir ki, 75 yaşlı Netanyahuya prostatın xoşxassəli böyüməsi və sidik yolu infeksiyası diaqnozu qoyulmuşdu. Əməliyyat Qüdsdəki Hadassah Ein Kerem Xəstəxanasında həyata keçirilib.
Baş nazirin ofisindən verilən məlumata görə, Netanyahu əməliyyatdan sonra özünü yaxşı hiss edir və həkimlərin nəzarəti altında bərpa prosesini keçirir. Onun sağalma prosesi bitənə qədət ədliyyə naziri Yariv Levin müvəqqəti olaraq baş nazirin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Netanyahu son illərdə bir neçə sağlamlıq problemi ilə üzləşib. Mart ayında yırtıq əməliyyatı keçirmiş, iyul ayında isə ürək ritmi problemləri səbəbindən ona pacemaker (ürək stimulyatoru) yerləşdirilmişdi.
Əməliyyatın uğurla başa çatması Netanyahuya qarşı davam edən korrupsiya məhkəməsi və bölgədəki gərgin siyasi vəziyyət fonunda baş verir. Baş nazirin tezliklə vəzifələrinin icrasına qayıdacağı gözlənilir.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ