İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail 3 istiqamətdən hədəfə alınır: müqavimət qüvvələri... - SON DƏQİQƏ

Qəzzaya hücumlar dayandırılmazsa, İsrail Tehranın bölgədəki “müqavimət qüvvələri” adlandırdığı müttəfiqləri tərəfindən hücuma məruz qalacaq. 

Musavat.com xəbər verir ki, İranın dövlət televiziyası bu hücumun necə ola biləcəyini izah edən reportaj yayımlayıb.

Xəbərlərdə İsrailin şimaldan Hizbullah, şərqdən İraq və Suriyadakı milis qüvvələri, cənubdan isə Yəməndə husilər tərəfindən raket və pilotsuz uçuş aparatları ilə eyni vaxtda hədəf alınacağı bildirilib.

Qeyd edək ki, İran İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün dəfələrlə yüksək səviyyədə çağırış edib. Oktyabrın 17-də İran lideri Ayətullah Əli Xamenei çıxışında “İsrailin hücumlarının davam edəcəyi təqdirdə müqavimət qüvvələrinin hərəkətə keçəcəyini” bildirib.

Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə bu gün verdiyi açıqlamada İsrail-Fələstin münaqişəsinin bölgəyə yayılma ehtimalına diqqət çəkib.

Onu da qeyd edək ki, İran Livan Hizbullahı, Suriya və İraqda dəstəklədiyi milisləri və Yəməndəki Husiləri “müqavimət qüvvələri” adlandırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR