İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD-in nüfuzlu lideri bu ölkədə ÖLDÜRÜLDÜ

İŞİD-in ən nüfuzlu səhra komandirlərindən biri Suriya ilə İraq sərhədində pilotsuz təyyarənin endirilməsi nəticəsində öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə ISNA agentliyi İraqın Ənbar əyalətinin təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, hücumun hədəfi döyüş bölgələrində ağır cinayətlərdə iştirakına görə axtarışda olan İŞİD lideri olub. Onun adı açıqlanmasa da, qrupun ən tanınmış simalarından biri olduğu vurğulanır. Həmçinin bildirilib ki, məhv edilən döyüşçünün “Əl-Qaidə” ilə əlaqələri varmış.

Mənbə əlavə edib ki, bu fiqurun aradan götürülməsi Suriyada fəaliyyət göstərən terror qruplaşmaları arasında artan ixtilaflardan xəbər verə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR