İnsanlara hürriyət, millətlərə istiqlal!

İşə gedən kişi yolüstü içki aldı, 100 min dollar uddu

Amerikanın Virciniya ştatının Herndon şəhərinin sakini işə gedərkən lotereya biletləri alıb və 100 min dollar udub.

Musavat.com xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Herndon sakini Arnoldo Sançes işə gedərkən içki almaq üçün mağazanın yanında dayanıb. O, eyni zamanda lotereya oynamaq qərarına gəlib və bir neçə bilet alıb.

Bir müddət sonra həmin şəxs biletlərin üzərindəki qoruyucu təbəqəni silib və onlardan birinin qalib olduğunu aşkar edib. Sançes 100 min dollar məbləğində uduş qazanıb. “Mən mat qaldım. Gördüklərimə inana bilmirdim”, - deyə o, xatırlayır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR