İnsanlara hürriyət, millətlərə istiqlal!

İşçilərə pis davranan nazir müavini İSTEFA VERDİ

Birlikdə işlədiyi insanlara qarşı zorakılıq və pis rəftar iddiaları ilə barəsində istintaq başladılan Böyük Britaniya baş nazirinin müavini Dominik Raab istefa verib.

Musavat.com xəbər verir ki, Raabla bağlı hesabat Baş nazir Rişi Sunaka təqdim olunub. Bundan başqa, Baş nazirə müavini ilə bağlı 8 rəsmi şikayət edilib, Raab bu iddiaları təkzib edib.

Hesabat hələ ictimaiyyətlə paylaşılmayıb və hesabatı nəzərdən keçirən baş nazir Sunak hələlik açıqlama verməyib.

Dominik Raab isə istefa məktubunda istintaqla bağlı tənqidi ifadələr işlədib: "Bu istintaq zorakılıq həddini o qədər aşağıya çəkir ki, çox təhlükəli bir vəziyyət yaranır. Bu, nazirlərə qarşı saxta şikayətləri təşviq edəcək".

Qeyd edək ki, birlikdə çalışdığı çox sayda məmur tərəfindən Raab haqqında edilən zorakılıq şikayətlərini təcrübəli prokuror Adam Tolley araşdırırdı. Baş nazir Sunak Tolleydən Raab əleyhinə ən azı 24 nəfərin təqdim etdiyi 8 rəsmi şikayəti araşdırmasını xahiş etmişdi.

İstintaq zamanı onlarla adamın ifadəsi alınıb, baş nazirin müavini dinlənilib. İstintaqda iştirak etməyən bəzi həmkarlar isə Raabın "çox incidici" ola biləcəyini və bəzi işçiləri ağlatdığını söyləyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR