Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi konsulluq xidmətlərini əlçatan etmək üçün İrlandiyanın Dublin şəhərində səyyar konsulluq xidmətləri təşkil edəcək.
Musavat.com xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında məlumat verilib.
Bildirilib ki, martın 1-də Azərbaycan Respublikası vətəndaşları üçün bir sıra konsulluq xidmətlərini əlçatan etmək məqsədilə Səfirlik tərəfindən ilk dəfə İrlandiya Respublikasının Dublin şəhərində səyyar konsulluq xidmətləri təşkil ediləcək:
"Səyyar konsulluq xidmətlərindən yararlanmaq, eləcə də ətraflı məlumat əldə etmək üçün Səfirliyin internet səhifəsinə keçid etməyiniz xahiş olunur" deyə məlumatda yazılıb.
https://london.mfa.gov.az/az/news/3469/dublin-seherinde-seyyar-konsulluq-xidmeti-ile-bagli-elan…
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ