İnsanlara hürriyət, millətlərə istiqlal!

İrkutskda baş verən qətliamın səbəbi – şənlikdə 17 yaşlı oğlan 14 yaşlı qıza sataşıb...

İrkutsk vilayətinin Baykalsk şəhərində yeniyetmələrin təşkil etdiyi şənlikdə baş verən qətliamın səbəbinin 14 yaşlı qızın cinsi əlaqədən imtinasının səbəb olduğu barədə məlumatlar var.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məlumatlarda bildirilir ki, 17 yaşlı Mixail sərxoş olub və 14 yaşlı qıza sataşmağa, onu cinsi əlaqəyə razə salmağa çalışıb. Qız onun təklifindən imtina edib.

Bundan sonra yeniyetmə daha inadkar olub, qızdan əl çəkmək istəməyi. Bu zaman uşaqlar qızın müdafiəsinə qalxmalı olublar. İlkin ehtimala görə, qətliamın səbəbi bu olub - hansısa məqamda təcavüzkar dəftərxana ləvazimatı olan bıçağı götürərək onunla yeniyetmələrə hücum edib. Bıçaq zərbələrinə məruz qalan yeniyetmələrdən 5-i dünyasını dəyişib, daha 3-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Lakin Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsi hadisənin bu səbəbini təsdiqləməyib.

Yeniyetmələr mayın 28-nə keçən gecə dostlarından birinin ad gününü qeyd edirmişlər. Artıq müstəntiqlər qətl və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi açıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR